Məzmuna keç

Bakıda əməliyyat: 24 nəfər saxlanıldı

Bakıda əməliyyat: 24 nəfər saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

E-huquq.az xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb.

Onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb.

İtkin düşən kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.