Abşeronda yaşayış binalarının yaxınlığında yanğın baş verdi


  • 10 İyun 23:23

Abşeron rayonunun Məhəmmədi dairəsində yerləşən açıq ərazidə yanğın hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, alov yaşayış binalarına yaxın ərazidə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər