- 14:30
Şəmkir rayonunun Dəryaçay su anbarında batan şəxslərdən birinin meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, 2004- cü il təvəllüdlü Ümid İbrahimovun nəşi sudan çıxarılıb.
Hazırda digər şəxsin axtarışları davam edir.
Su anbarında batan ikinci şəxs 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
***
Şəmkir rayonunda su kanalında iki nəfər boğularaq ölüb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki kanalda qeydə alınıb.
İlkin məlumata görə, batan şəxslərdən biri qadındır.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onların nəşi sudan çıxarılır.