Tovuzda avtomobil beton maneəyə çırpıldı


  • 14 İyun 11:30

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobilin maneəyə çırpılması nəticəsində sürücü Elşad Qəribov müxtəlif bədən xəsarətləri alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər