Bilgəhdə batan uşağın meyiti tapıldı - YENİLƏNDİ


  • 14 İyun 21:59

Bilgəhdə dənizdə batan uşağın meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, axtarışlar başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

20:25

Paytaxtın Sabunçu rayonunda dənizdə uşaq batıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər