Lənkəranda uşaq dənizdə batdı


  • 09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində uşağın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər