Sabirabadda klinikada baş verən yanğın söndürüldü - YENİLƏNDİ


  • 15 İyun 19:24

Sabirabadda klinikada baş verən yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

17.35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın olması barədə ilkin məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər