Məzmuna keç

Gəncədə orta yaşlı kişi güllələnərək öldürüldü

Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.

E-huquq.az xəbər verir ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.