Məzmuna keç

İmişlidə 3 otaqlı ev yandı

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.