- 19:24
Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.