- 11:55
İyunun 19-da Qarabağ suvarma kanalının Yevlax rayonu, Tanrıqulular kəndi ərazisindən keçən hissəsində batan vətəndaş - 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb.
Bu barədə e-huquq.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış Qrupu 2010-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Hüseyn Sübhanoviç Rəsulovun cəsədini Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.