Qubada iki minik avtomobili toqquşdu, 2 nəfər öldü


  • 22 İyun 23:18

Qubada iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

E-huquq.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi​ Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində baş verib.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə, “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən-xilasedicilər qrupu xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.

“Opel” markalı minik avtomobilində olan digər 2 nəfər isə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər