İsmayıllıda dağda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - FOTO - VİDEO


  • 26 İyun 19:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

E-huquq.az xəbər vereir ki, bu barədə FHN-nin yaydığı məlumatda qeyd olunub.

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər