Qusarda yaralanan turistlərin kimliyi bilindi - YENİLƏNİB


  • 17:30

Qusar rayonunda baş verən avtomobil qəzasında xəsarət alan Azərbaycan və Pakistan vətəndaşlarının kimliyi məlum olub.

E-huquq.az-ın məlumatına görə, qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.

Qəzada xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.

***

Qusar rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər