- 17:30
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az-ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.