Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı


  • 28 İyun 12:31

Salyan rayonunda qaydanı pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxıb.

Bu barədə e-huquq.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Sabirabad rayon sakini Xəyal Mustafayev “Toyota” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidməti Alayının stasionar postunda saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Oxşar xəbərlər