Göyçayda yanğınla nəticələnən yol qəzası baş verdi


  • 28 İyun 15:35

Göyçay rayonunun Hacalıkənd kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər