Məzmuna keç

Goranboyda sahədən kişi meyiti tapıldı

Goranboyda sahədə kişi meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, hadisə Dəlimməmədli şəhəri istiqamətində Sarov kəndi yaxınlığındakı sahədə qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Meyiti aşkarlanan şəxslə bağlı məlumatlar dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.