Kürdəmirdə arvadını öldürən şəxs həbs edildi


  • 10:41

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Kürdəmir rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə ötən gün Kürdəmirin Şilyan kəndində baş verib. Kənd sakini 40 yaşlı Abdulov Elşən Abdulağa oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 35 yaşlı Abdulova Samirə Mahir qızını qətlə yetirib.

Oxşar xəbərlər