Məzmuna keç

Bakıda liftdə köməksiz qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.

FHN-dən e-huquq.az-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.