Bakı sakini dava zamanı bıçaqlandı


  • 00:35

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

E-huquq.az xəbər verir ki, hadisə Müzəffər Nərimanov küçəsində baş verib.

Belə ki, 43 yaşlı Talıbov Toğrul naməlum şəraitdə bıçaqlanıb.

O, ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Oxşar xəbərlər