Masazırda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB


  • 2 İyul 23:59

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə e-huquq.az-aa FHN-dən bildirilib.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilməyib

***

23.26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər