Şəmkirdə göldə batan uşaqların meyitləri tapıldı - YENİLƏNDİ


  • 20:02

Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

***

19.32

Şəmkir rayonunun Qədimqala kəndində suni göldə batan 7 yaşlı Rəvan Nadirli və onun qaddaşı 9 yaşlı Fərdi Nadirlinin meyitləri sudan çıxarılıb.

E-huquq.az xəbər verir ki, hazırda Fövqaladə Hallar Nazirliyin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 4 yaşlı İsmayıl Nadirlinin meyitinin axtarışları davam edir.

Məlumat üçün bildirək ki, hər üç uşaq sözügedən kənddə yaradılan suni göldə çimərkən boğulublar.

***

18.57

Şəmkir rayonunun Qədimqala kəndində 3 uşaq göldə batıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Oxşar xəbərlər