Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı


  • 11:16

Ötən gün ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Oxşar xəbərlər