Laçın polisi əməliyyat keçirdi - Narkotik bitkilərin kultivasiyasını təşkil edən şəxs tutuldu


  • 14:56

Laçın Rayon Polis Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

E-huquq.az xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb.

Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər