- 8 İyul 23:30
Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.