Şəmkirdə ağır qəza, ölən və yaralılar var


  • 09:11

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb.

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

  • 8 İyul 09:27
Sabunçuda ev yandı