Qəbələdə çətənə kolları yetişdirən şəxs saxlanıldı


  • 10:01

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Fakla bağlı cinayət işi başlanılıb.

Nəhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər