- 14:02
Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, rayonun Zağalı kənd sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədov idarəetdiyi avtomobili digər maşına çırpıb.
Nəticədə adıçəkilən sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Gəncə şəhərində yerləşən tibb müəssisələrinin birinə yerləşdirilib.
Vəziyyəti kafidir.
Məlumat üçün bildirək ki, qəza E.Məmmədovun Gəncədən evinə gedərkən Daşkəsən rayonu ərazisində qeydə alınıb.