Məzmuna keç

Sabirabadda yanğın oldu

Sabirabad rayonunun Cavad kəndində isə ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ton ot bağlaması, bitişik sahəsi 50 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.