Xaçmazda yanğın baş verdi


  • 13:01

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər