- 13 İyul 19:11
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan yarımtikili evin dam örtüyünün taxta atmaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.