- 13 İyul 19:11
Sabirabad şəhərində "БЕЛАРУСЬ" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlaması, 2 ədəd təkəri və yaxınlıqdan keçən elektrik kabeli 3 paq.m yanıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.