Salyanda avtomobil kanala aşdı: 3 nəfər öldü


  • 13 İyul 17:47

Salyan rayonunda avtomobil kanala aşması nəticəsində sürücü və 2 sərnişin ölüb.

E-huquq.az xəbər verir ki, rayon sakini Qafarov Sərraf idarə etdiyi “QAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Nəticədə avtomobilin sürücüsü rayonun Parça Xalac kənd sakini S.Qafarov və avtomobildə olan sərnişinlər Camal Dəmirov və Ramiq Həsənov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər