Məzmuna keç

Gəncədə avtomobil mopedlə toqquşub,

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-cı il təvəllüdlü K.Qəhramanzadə xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.