- 15 İyul 22:02
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.