- 17:00
Tovuzda velosipeddən yıxılan 15 yaşlı yeniyetmə oğlan ağır xəsarət alıb.
E-huquq.az-ın məlmatına görə, hadisə rayonun Sarıtala kəndində baş verib.
Belə ki 2010-cu il təvəllüdlü A.Kərimli kənd ərazisində velosiped sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb. Bu zaman velosiped aşıb və A.Kərimli yerə yıxılıb.
Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.Yeniyetmənin vəziyyəti ağır olduğundan əməliyyat olunub. Hazırda velosipeddən yıxılan yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.