FHN Ağdaşda kanalda batan şəxslə bağlı məlumat yaydı - YENİLƏNDİ


  • 16 İyul 19:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

18:22

Ağdaşda yeniyetmə kanalda batıb.

E-huquq.az xəbər verir ki, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər