FHN: Laçında yanğın tam söndürüldü - YENİLƏNDİ


  • 17 İyul 18:25

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə e-huquq.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

***

00:32

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.

E-huquq.az xəbər verir ki, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.

Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

***

2025.07.16 - 22.00

Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib.

E-huquq.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

21.29

Laçında meşə massivi yanır.

E-huquq.az xəbər verir ki, yanğın rayonunun Bəyli kəndi istiqamətində meşə hissəsində baş verib.

Hazırda aidiyyatı qrumlar ərazidədir.

Oxşar xəbərlər