- 09:42
İmişli rayonunun Qulubəyli kəndində yanğın olub.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli kafe və bitişik sahəsi 100 m² talvarın taxta atmaları və altında yığılan əşyalar 120 m² sahədə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.