Dənizdə batan məktəblilərin meyitləri tapıldı - YENİLƏNİB


  • 20 İyul 19:31

Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

E-huquq.az xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

E-huquq.az xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər