- 09:42
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb:
“Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”.
***
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzində təşkil olunan mərasimdə 17 nəfər qonaq qidadan zəhərlənib.
Zəhərlənən qonaqlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Hadisə yerinə AQTA-nın və rayon hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.