- 09:42
Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
E-huquq.az xəbər verir ki, o, Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Əliyevdir.
S.Əliyevin çayda çimən zaman batdığı bildirilir.
Əraziyə FHN-nin Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə e-huquq.az-a Nazirlikdən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.