Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb


  • 09:47

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

E-huquq.az 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər