Axtarışda olan şəxs silahlı müqavimət göstərdiyinə görə polis silah tətbiq etdi - YENİLƏNDİ


  • 23 İyul 20:56

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır

***

18.50

Gəncədə güllələnmə hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

Oxşar xəbərlər