Qazaxda çətənə bitkilərinin kultivasiyasını təşkil edən qadın saxlanıldı


  • 26 İyul 18:36

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb. Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər