Ötən gün 34,7 kiloqramdan artıq narkotik vasitə aşkarlandı


  • 26 İyul 21:50

Azərbaycanda ötən gün narkotiklərlə bağlı polisin keçirdiyi əməliyyat tədbirləri barədə məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinindən e-huquq.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə və 23 psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 9,3 tona yaxın çəkidə 28165 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər