Dələduzluq etməkdə ittiham olunan 9 nəfər saxlanıldı


  • 26 İyul 21:06

Azərbaycanda ötən gün dələduzluq ittihamı ilə axtarışda olan şəxslərin tutulması üçün tədbirlər görülüb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının iyulun 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Oxşar xəbərlər