Ötən gün 1 tapança, 20 qumbara aşkarlandı


  • 26 İyul 22:30

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyulun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 20 qumbara, 20 alışdırıcı, 1 qumbaraatan, 4 tüfəng, 7 patron darağı və 1606 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər