Sabirabadda su kanalında boğulan gəncin meyiti tapıldı


  • 26 İyul 17:00

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər